Qonaq Kitabı
Rövşən yüzün ki, zülfin olubdur niqab ana

 

Rövşən yüzün ki, zülfin olubdur niqab ana,

Nisbətdir əbr içində məhü afitab ana.

 

Eşqin sənin ki, məxzəni-gənci-ilahidir,

Andandurur ki, məskən olubdur xərab ana.

 

Eşqin nədir cahanda sənin, ey pəri sifət,

Heyrandurur fələkdə gəzən mahtab ana.

 

Uyxudə gözlərim necə görsün cəmalını,

Eşqində çünki gəlmədi bir zərrə xab ana.

 

Aşiqdurur yanağına zülfin Xətayi tək,

Andan düşər bu vəchilə bu piçü tab ana.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info