Qonaq Kitabı
Dust yolunda halal olsun, dila, qiyrət sana

 

Dust yolunda halal olsun, dila, qiyrət sana.

Qeyridən bir zərrə minnət çəkmədin, rəhmət sana.

 

Ol sənəm əzmi-səfər etdi, könül, əylənmə kim,

Bir nəfəs didar gər kim, qalmaya həsrət sana.

 

El dilü din, siz çıxın evdən ki, dildarım gəlür,

Sən də, ey can, durma kim, biz vermişiz rüxsət sana.

 

Çareyi-behbudimi sordum müalicədən, dedi:

- Dərd dərdi-eşq isə, mümkün degil səhhət sana.

 

Ey Xətayi, sən şəhidi-ğəmzeyi-dildarsən,

Həşrdə rəşk aparar yetmiş iki millət sana.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info