Qonaq Kitabı
Ya ilahi, istərəm səndən bu əna`ami mana

 

Ya ilahi, istərəm səndən bu əna`ami mana,

Edəsən həmdəm kim ol sərvi-güləndami mana.

 

Şol büti-namehriban hərgiz məni yad etmədi,

Bir məhəbbət qılmadı axır sərəncami mana.

 

Cövri-hicran çəkdigimdən qalmayıbdır taqətim,

Ya nəsib etsən noleydi səbrü arami mana.

 

Könlüm aldın bitəkəllüf, canımı almaqdadur,

Güldürür eşqində daim xas ilən ami mana.

 

Keçdi ömrün, ey Xətayi, uş bu zaye dünyada,

Şol vəfasız ləbləridən vermədi kami mana.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info