Qonaq Kitabı
Nitqi-ənfasi-Məsihin dəmbədəm candır mana

 

Nitqi-ənfasi-Məsihin dəmbədəm candır mana,

Çünki mən Xızram, dodağın abi-heyvandır mana.

 

Bilməzəm aləmdə, yarəb, gərdişi-əyyami-ğəm,

Lütfü ehsanınmıdır, ya cövri-hicrandır mana?

 

Vermişəm imanimi zənciri-zülfin küfrinə,

Bəndi-zülfin küfrini gördüm, nə imandır mana.

 

Dün rəqibi-kafiri-gümrahilə eybində kim,

Hər hekayətlər ki, qıldın cümlə pünhandır mana.

 

Bu Xətayi birlə solmuş bir dəxi, ey şahi-hüsn,

Ta dəhanın xatəmi-möhri-Süleymandır mana.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info