Qonaq Kitabı
Xaki-payin sürmədir eynimə, ən`an et mana

 

Xaki-payin sürmədir eynimə, ən`an et mana,

Gər qəbul olmaz muradim səndən, e`lam et mana.

 

Dərdimin dərmani rüxsarini görməkdir sənin,

Təşnəyəm, billah, dodağın şərbətin cam et mana.

 

Çün könül xalin ucundan düşdü zülfin qeydinə,

Bigünah öldürməgil hər ləhzə, aram et mana.

 

Istəmən zahirdə faş olmaq, anınçün gözlərəm,

Mehri-eşqin razini, ey yar, ilham et mana.

 

Bu Xətayidən götürgil möhnəti-hicranini

Ey pəri ru, tanrı içün ancaq ilzam et mana.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info