Qonaq Kitabı
Həqq əzəl meyxanəsindən verdi bu cami mana

 

Həqq əzəl meyxanəsindən verdi bu cami mana,

Kainat əhli təəccüb qıldılar qami mana.

 

Bilməz idim xətti-rüxsarın sifatın söyləmək,

Fitnə çeşmin qəmzəsi öyrətdi ilhami mana.

 

Səbrü aramım gedibdir, görməzəm eynimdə xab,

Firqətin bir eyləmişdir sübh ilə şami mana.

 

Çox cəfa hasil olur səndən mana, ey bivəfa,

Aqibət eylər xəyalın rəsmi-bədnami mana.

 

Köynəyindən çıx dedim şol sərvi-gül xəndanıma,

Zərrəcə qayınmadı, göstərdi əndami mana.

 

Ey Xatəyi, zülfinin zəncirinə qeyd etmə dil,

Danədir xali anın, həm zülfidir dami mana.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info