Qonaq Kitabı
Ah kim, sən getdin, ey Ay üzlü, can qaldı mana

 

Ah kim, sən getdin, ey Ay üzlü, can qaldı mana,

Can səninlə getdi, cismi-natəvan qaldı mana.

 

Taki sən getdin yanımdan, ey dilaramım mənim,

Haləti-vəslin könüldə pasiban qaldı mana.

 

Gərçi gülzari-cəmalın getdi qarşımdan mənim,

Dildə mehri-qamətin sərvi-rəvan qaldı mana.

 

Gər nihan oldu gözümdən ol pəri peykər sənəm,

Gögdə mah onun yüzündən bir nişan qaldı mana.

 

Taki səndən ayrı düşdi bu Xətayi xəstə dil,

Buyi-muyin müşk ilə ənbərfişan qaldı mana.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info