Qonaq Kitabı
Dilbəra, ol ay yüzün xurşidi-tabandır mana

 

Dilbəra, ol ay yüzün xurşidi-tabandır mana,

Bağçan içindən axan su abi-heyvandır mana.

 

Məscidə varmaq nə hacət, dedim, ey zahid, mana

Ruy ilə zülfi anın küfr ilə imandır mana.

 

Müddəilər tə`nəsindən sanmanız kim, mən dönəm,

Ol mənim canım içində cani canandır mana.

 

Mən səninlə söyləşəndə gər zimistan, gər bahar,

Hər nə çağ görsəm səni, aləm gülüstandır mana.

 

Ey Xətayi, çün sənə həqdən nəzərdir hər zaman,

Eşqin ilə bu həyatım baği-rizvandır mana.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info