Qonaq Kitabı
Hər dəm ğəmində naləvü ahim yetər mana

 

Hər dəm ğəmində naləvü ahim yetər mana,

Dünya yüzündə ol yüzi mahim yetər mana.

 

Isbat qılmışam rüxi-zərdü əşki-sürximi,

Də`viyi-eşqə böylə güvahim yetər mana.

 

Aləm xəlayiqi mənə cümlə həsud ola,

Ol asitanın iti pənahim yetər mana.

 

Zahid, ögünmə, taleyi, sə`dəm deyib yügüş,

Sən var işinə, bəxti-siyahim yetər mana.

 

Kəsmə ümid rəhməti-həqdən, Xətayi, sən,

Cümlə xətadə lütfi-ilahim yetər mana.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info