Qonaq Kitabı
Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana

 

Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana,

Cövr bilmən kim, bəlayi-müntəha qaldı mana.

 

Ey pəri, çox işveyi-hüsninə məğrur olma kim,

Mülki-fani sanmagil kim, nə sana qaldı, mana.

 

Ta kim, ol xurşidrux getdi gözümdən su təki,

Göz yaşım anın yüzündən aşina qaldı mana.

 

Sən gedəndən bərlu anca zarü əfğan etmişəm,

Yerü gög, insü mələk cümlə baxa qaldı mana.

 

Dilbərin getdi, Xətayi, sən nedirsən dünyəni?

Çünki can getdi, bu tən, yarəb, niya[1] qaldı mana.



[1] Niya – niyə sözüdür. Qafiyə xatirinə orijinalda “niya” yazılmışdır. Biz də o cür saxlamağı məsləhət gördük.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info