Qonaq Kitabı
Mənəm ol tilismi-pünhan ki, bu gün cahana gəldim

 

Mənəm ol tilismi-pünhan ki, bu gün cahana gəldim,

Əzəli nişansız idim, əbədi nişana gəldim.

 

Bu tilismi çünki açdım zülümata nur saçdım,

Bu neçə məkanı keçdim ki, bu cismü cana gəldim.

 

Oxudum bu ismi-ə’zəm ki, vücuda gəldi aləm;

Qoyun adımı siz adəm ki, bu gün cahana gəldim.

 

Görünən mənim üzümdür, gözədən mənim gözümdür,

Dil edən mənim sözümdür, mənəm uş lisana gəldim.

 

Qamu yerlərə bulundum, qamu sözlərə bilindim,

Qamu pərdədə çalındım, bu ulu bəyana gəldim.

 

Nə kişidürür Şirazi ki, bəyan edə bu razı,

Düzübən bu sözü sazı, mənəm uş zəbana gəldim.

 

Dedi seyyidi-Nəsimi, nə zəri sevər nə simi,

Əbədi sevdim Nəimi, hurilə cinana gəldim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info