Qonaq Kitabı
Zülfü qaşından bəyani-sirri-pünhan oldu faş

 

Zülfü qaşından bəyani-sirri-pünhan oldu faş,

Həq-təalanın kəlamı vəchi-insan oldu faş.

 

Ey fəqihi-bitəharət, sor bu gün mai təhur,

Gəl təharət qıl bu gün, kim Fəzli-yəzdan oldu faş.

 

Rəhmətən lilaləminsən oldu vəchin layəmut,

Ey bilən bu vəchi həq, islamü iman oldu faş.

 

Gər başın top istər isən gəl bu gün meydana gir,

Zülfü xalından anın gör topü çövkan oldu faş.

 

Kə’bədir çün vəchi-xuban, beyti-həqdir Kə’bə gör,

Küntə kənzən oldu əyan sirri canan oldu faş.

 

Müshəfi-həqdir imamı – cümlə əşya sərbəsər,

Gör imam oldu əyanü fəzli-sübhan oldu faş.

 

Qamu əşya suri-Israfildən uş natiq gərək,

Ey yəqin əhli, bu gün nitqi-Süleyman oldu faş.

 

Çün Nəsimidir bu gün Qur’ani-natiq Fəzl ilə

Sirri-yəzdan, nuri-sübhan, qövli-Qur’an oldu faş.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info