Qonaq Kitabı
Gəl bu dəmi xoş görəlim, ol keçən dəm dəm degil

 

Gəl bu dəmi xoş görəlim, ol keçən dəm dəm degil,

Kim bu dəm qədrini bilməz eylə bil adəm degil.

 

Qafil olma dəm uzat vermə dəmi özgə dəmə,

Ol keçən dəmdən nə hasil, çün bizə həmdəm degil.

 

Adəm isən dəm bu dəmdir qoyma bu dəm fövt ola,

Hasili-ömri-cavani bil ki, cüz bir dəm degil.

 

Bu dəm ol dəmdir, Məhəmməd seyri-me’rac eylədi,

Gəl qənimət gör bu dəmni kim, bu dəm ol dəm degil.

 

Yar ilən həmdəm olanlar heç dəm urmaz özgəyə,

Talibi-yar olmayanlar dünyaya məhrəm degil.

 

Dünyaya arxa dutursan malü mülkü dövlətə,

Bibəqa, bünyadı yoxdur, ol qədər möhkəm degil.

 

Zahidü rə’na yügüşdür Şibliyi-zünnun imiş,

Adı İbrahim çoxdur, nedəyim Ədhəm degil.

 

Dəm keçərmi kim, Nəsimi, ol fəraqü dərd ilə

Nalişin əflaka çıxmaz, göz yaşı Zəmzəm degil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info