Qonaq Kitabı
Könül, xəstə vü mən zaram səninçün

 

Könül, xəstə vü mən zaram səninçün

Rəvan məcruhü bimaram səninçün.

 

Əlac eylə, əlindən vardım, ey dust,

Qəmim yegil ki, qəmxaram səninçün.

 

Nə oldu əzmi-mehmanxanə qılsan,

Ürək yağını yaxaram səninçün.

 

Əridi iliyim, sındı sümüyüm

Tənimdən can gedər, yarım, səninçün.

 

Əzəldən bu mənə qismət qalıbdır

Ki, hicr oduna yanaram səninçün.

 

Çü bülbül düşübəm gülşəndən ayrı,

Yenə həmsöhbəti-xaram səninçün.

 

Sənin eşqin məni məndən alıbdır,

Tənimdən külli-bizaram səninçün.

 

Nəsimini soyarlar Şam içində,

Fəğan eylər, giriftaram səninçün.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info