Qonaq Kitabı
Yəqin, yarəb, üzündür rəqqi-mənşur

 

Yəqin, yarəb, üzündür rəqqi-mənşur,

Məhəmməd şər’i andan oldu məşhur.

 

Təvaf əmr oldu çün Beytül-ətiqə,

Rəsul ol evi çün xoş qıldı mə’mur.

 

Sifatındır, bilirəm Kə’bə mütləq,

Ziyarət eyləyənlər oldu məğfur.

 

Saçın həblülmətindir, surətin həq,

Hidayət şəm’i üzün, ərz edər nur.

 

Yanağın hazihi-cənnati-ədnin,

Üzündür kəşfi-müşkil, cənnəti-hur.

 

Sənin məstanə eynin sağərindən

Rəvandır səlsəbil, uş məstü məxmur.

 

Məsiha nəfxədir şirin dəhanın

Ki, səhhət bulur andan sorsa rəncur.

 

Qaşınla kirpigin, mişkin saçınla

Vücududur Süleyman, eynidir mur.

 

Ənəlhəq dedi, zülfün darlığından,

Çıxardı gögə fəryadını Mənsur.

 

Sifatın batini eylədi rövşən

Ki, aləm varına olmadı məğrur.

 

Sən əhsənsurətə inkar edənlər,

Əzazildir ki, düşdü tanrıdan dur.

 

Nəsimiyə təcəlli qıldı qəmzən,

Gözünə nurü könlün etdi məsrur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info