Qonaq Kitabı
Ey xətin səb”™ülməsani, ey ləbin mai-təhur

 

Ey xətin səb’ülməsani, ey ləbin mai-təhur,

Vey camalın pərtövündən sərbəsər aləmdə nur.

 

Və’deyi-yövməl-qiyamət endi həqdən arifə,

Ruzi-həşr oldu, çalındı vəhdətin günündə sur.

 

Xilqətin şanında münzil oldu əmri-əscuda,

Bilmədi şeytan bu rəmzi, şükrünü qıldı qəyur.

 

Şübhədən arınü əhli-sacid olgil, səcdəyə,

Leysə məqbuləl-səlatül-qəlb illa bilhüzur.

 

Xatiri-cəm’iyyət ol zülfi-pərişanındadır;

Şol cəhətdən olmadı xali xəyalın əz xütur.

 

Eynimə gəlməz cahanın zülməti bir şəmməcə,

Çün iki aləmdə sənsən mərdümi-eynimdə nur.

 

Həmdilillah kim, Nəsimi buldu yarın vəslini,

Fariğül bal əz qəmi-dünyavü min həşrən nüşur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info