Qonaq Kitabı
Üzün mehrindən, ey dilbər, həqin ənvarı-lame”™dir

 

Üzün mehrindən, ey dilbər, həqin ənvarı-lame’dir

Ki, anın məzhəri, yeri ilaha Misri-came’dir.

 

Camalın yeddi ayatı ki, zülfü qaşü kirpikdir,

Qılır izhari-həq zahir, bəyanı gör ki, vaqe’dir.

 

Müdəvvər nöqteyi-ağzı ki, sövtü nitqidür bürhan,

Əyandır hər kəlamından, bu höccət bil ki, qate’dir.

 

Dönər həqdən yəqin zahid ki, qılmaz adəmə səcdə,

Yəqinsiz əbləhi gör kim, necə şeytana tabe’dir!

 

Çü əhli-mə’rifət qədri bu yerdə qalmadı, arif,

Rəvan ol bir yerə daxi ki, ərzüllah vase’dir.

 

Rümuzi-əlləməl-əsma hər əhvəl bilmədi həqqa

Ki idrakatı mə’nidə gümanü zənn mane’dir.

 

Hicabı rəf’ edən arif görər mir’atı vəchində,

Camali-həqqi bişübhə kim, ol işbaha rafe’dir.

 

Nəsiminin sözü həqdir, gətir iqrar, ey münkir,

Kitabi-vəch ilə, üştə, dəlil – ayati-sabe’dir.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info