Qonaq Kitabı
Eşq yolunda kim ki, ol yarına canfəşan gedər

 

Eşq yolunda kim ki, ol yarına canfəşan gedər,

Əhli-yəqin bilir kim, ol cənnətə bigüman gedər.

 

Qəddü üzün hekayətin eşidəlidən, ey sənəm,

Sərv gəlir xəyalıma, cöhrədən ərğəvan gedər.

 

Yox xəyalı dəmbədəm gözlərimin sarayına

Ab kimi rəvan gəlür, yaş kimi rəvan gedər.

 

Ey həvəs eyləyən kişi eşqə, eşit bu nüktəyi,

Xubların xəyalına vermə könül ki, can gedər.

 

Yar ilə söhbət eyləmək bir dəm, iki cahan dəgər,

Dövlət anın ki, yar ilə söhbəti cavidan gedər.

 

Nərgisi-şuxu dilbərin fitnəyi-axır eylədi,

Sərv qədinə qıl nəzər, gör necəsi rəvan gedər.

 

Kirpik oxilə yarəlü qıldı gözün Nəsimiyi,

Anınüçün gözündən uş ləhzədə bunca qan gedər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info