Qonaq Kitabı
Əya, şahi-səidəxtər, üzün ərşi-müəlladır

 

Əya, şahi-səidəxtər, üzün ərşi-müəlladır,

Dodağın çeşməyi-heyvan, ləbin cami-müsəffadır.

 

Camalın surəti-rəhman, vüsalın cənnəti-rizvan,

Kamalın gənci-bipayan, vücudun cani-əşyadır.

 

Boyundur tuba, ey huri, üzündür aləmin nuri,

Camalında görər həqqi anın ki, eyni binadır.

 

Qəmər dövründə, ey fitnə, sən oldun xublara xatəm,

Sənin xalın xəyalından cahan pür-şurü qovğadır.

 

Qiyamət qopdu hüsnündən məgər axırzaman oldu,

Bəlalardan iraq olsun, bu nə qəddü nə baladır.

 

Bu dünyanın zərü gənci görünməz eynimə, billah,

İki aləmdə məqsudum cahanda hüsni-zibadır.

 

Şəha, lütfi-kərəm eylə Nəsimiyə zəkatından,

Qəribü aşiqi-şeyda, əsirü zarü tənhadır.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info