Qonaq Kitabı
Mai-təhuru bil kim, həqdən bu gün nidadır

 

Mai-təhuru bil kim, həqdən bu gün nidadır,

Yovmül-məzidi gör kim, məscidi-pürsəfadır.

 

Həqdən həqi gəl istə, həq ilə vasil ol kim,

Həq və’də verdi çünkim, cüm’ə günü liqadır.

 

Əvvəl bu nəfsini bil, ardınca rəbbini bil

Kim, kəndi gəldi həqdən, mənbərdə Mustafadır.

 

Sultani-arifinin qövlüdürür inan kim,

Yarın ləbindən içmək la-ibtida bəqadır.

 

Həqqil-yəqini gördüm, vüslətə vasil oldum,

Cümlə murada irdim, gör kim, nə xoş ətadır.

 

Zərqü riyası çoxdur, sufi sözünə uyma,

Niçün ki, daim işi təzvir ilə riyadır.

 

Misri Nəsimi buldu, Qur’an imamı oldu.

Came’də cüm’ə qıldı, məqbuli-kibriyadır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info