Qonaq Kitabı
İxlas ilə ta canımı canana yetirdim

 

İxlas ilə ta canımı canana yetirdim,

Düşmənləri bu həsrət ilə cana yetirdim.

 

İsgəndəri zülmata irişdirdimü döndüm,

Xızrın sifətin çeşmeyi-heyvana yetirdim.

 

Həm Yusifi mən çahi-biyabana buraxdım,

Həm atəşi mən Musiyi-Imrana yetirdim.

 

Bəhri-mühiti həm ləbi-çeşmimdən axıtdım,

Həm qətrəyi mən bəhr ilə ümmana yetirdim.

 

Həm tutiyə mən şəhdi-şəkərdən səmər etdim,

Həm bülbülü mən bağ ilə bustana yetirdim.

 

Həm seyrdə mən mütrib ilə həmnəfəs oldum,

Həm saqiyi mən sağərü peymana yetirdim.

 

Özümnü Əsədullaha kəmtər qulam etdim,

Həm mö’cüzü mən şahi-Xorasana yetirdim.

 

Həq gördüvü həq dedi, Nəsimi nə desin kim,

Həm şe’rimi mən ayəti-Qur’ana yetirdim.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info