Qonaq Kitabı
Töhfəyəm, pakizə cövhər, laməkanın xasıyam

 

Töhfəyəm, pakizə cövhər, laməkanın xasıyam,

Aləmül-qeybəm, vücudam, həm anın dəryasıyam.

 

Həm kəlamam, ayətəm, həm müshəfəm, səb’ülməsan,

Həm mənəm tövhidi-bürhan, pirimin mövlasıyam.

 

Cəbrəiləm, həm Mikail, Israfiləm, Əzrail,

Nazirəm, hər yerdə hazir, mən həqin kimyasiyəm.

 

Dəcləyəm, Niləm, Fəratam, həm mənəm abi-həyat,

Kövsərəm, mai-təhuram, səlsəbilin tasıyam.

 

Dəngizəm, bəhrəm, mühitəm, qətrəyəm, dəryayi-eşq,

Laməkan bünyadıyam, həm bəhrinin qəvvasıyam.

 

Musiyəm, Turam, əsayam, həm münacati-ilah,

Həm mənəm ruzi-həqiqət, Musinin beyzasıyam.

 

Tərsayam, həm qeyri millət əhliyəm, nə_____sraniyəm,

Həm mənəm zünnarü xaçü həm səlib cübrasıyam.

 

Davudam, xətmi-Süleyman, məndədir məcmui-zat,

Həm mənəm mehri-xudavənd, divlərin ustasıyam.

 

Həm Həməl, həm Qövsü Cövza, həm Əsəd Mərrix ilə,

Həm Sərətan, Sünbülə, həm Dəlvinin həmpasıyam.

 

Həm mənəm mizan, həşrin suruyam sər ta qədəm,

Həm siratül-müstəqimin şiveyi-əşyasıyam.

 

Məscidəm, həm mədrəsə, bütxanəvü meyxanəyəm,

Həm bu beytin əhliyəm, həm şəhrinin əsasıyam.

 

Qəmərəm, şəm’i-münəvvər, atəşəm, həm badü gil,

Həm havayam, dörd təbiət, atamın babasıyam.

 

Mən Nəsimiyəm ki, həqqin dinivü imanıyam,

Həm imami-məzhəbəm, həm dininin yəğmasıyam.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info