Qonaq Kitabı
Bahar oldu vü açıldı üzündən pərdə gülzarın

 

Bahar oldu vü açıldı üzündən pərdə gülzarın,

İrişdi qönçənin dövrü, zamanı qalmadı xarın.

 

Gülüstan Turi-qüds oldu baharın nurü narından,

Gəl, ey Musa, gör asarın çəməndə nur ilə narın.

 

Çiçəklər müxtəlif əlvan, nə mə’nidir, anı bil ki,

Boyası bir imiş çün kim, bu ənvarın, bu əzharın.

 

Əbirindən çəmən, gör kim, nə teyb afaqa göndərmiş

Kim, olmuş buyü ətrindən məşamı tazə əttarın.

 

Nə ənbərdir tütən, yarəb, şəqayiq məcmərindən kim,

Ki, buyundan anın qədri sınıqmış mişki-tatarın.

 

Gəl, ey siminbədən saqi, mənə sun cami-səhbayı

Ki, gəldi rövnəqi-güldən meyi-gülrəngi xummarın.

 

Əgərçi sünbülü nərgis bəyani-kuntə kənz eylər,

Qaçan bəlhüməzəl bilsin işaratın bu əsrarın.

 

Bu gün gər aləmil-qeybin vücudun görmək istərsən,

Rəyahin uş bəyan eylər zühurun çərxi-səyyarın.

 

Bu musiqidən, ey same’, sana gər nəsnə kəşf oldu,

Məqamatın bəyan eylə, üsulun göstər ədvarın.

 

Əgər susənləyin əbkəm deyilsə nitqə gəl, söylə

Ki, hərfü nöqtə tərkibi nə yerdəndir bu göftarın.

 

Bu gün gər aləmül-qeybin nişanın görmək istərsən,

Rəyahin uş bəyan eylər zühuri çərxi-səyyarın.

 

Cahan cənnati-ədn olmuş, çəmən səhnində hurilər,

Bəzənmiş hüllədən bustan, açılmış gözü əşcarın.

 

Bu gün bazar edər gülşən səməndən laləvü güldən,

Qənimət gör ki, beş gündür tamaşası bu bazarın

 

Nəsiminin sözü gərçi dəmi-Isadır, ey münkir,

Sənə kar eyləməz niçün ki, yoxdur həqqə iqrarın.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info