Qonaq Kitabı
Əvvəl ki, dila, dərd ilə yaran olamazsan

 

Əvvəl ki, dila, dərd ilə yaran olamazsan,

Axır bil ani qabili-dərman olamazsan.

 

Mən xaceyi-dəhrəm deyü fəxr etmə, fəqir ol,

Dərviş olamazsan, yürü, sultan olamazsan.

 

Heydər kimi gər Xeybəri-şirki yıxamazsan,

Bu ərsədə bil, sən Şəhi-mərdan olamazsan.

 

Çün Turi-vücudunda təcəlli edəməzsən,

Fir’on ilə sən Musiyi-Imran olamazsan.

 

Gər quşlara tə’limi-zəban etməz olursan,

Bu ins ilə cins içrə Süleyman olamazsan.

 

Yə’qub olub axıtmaz isən xun cigərdən,

Misrə irişib, Yusifi-Kən’an olamazsan.

 

Can elmini bu hücrədə təhsil edəməzsən,

Adəm biki[i] bil, cisminə sən can olamazsan.

 

Səcdə etməz isən əhsəni-təqvimə görücək,

Həq fəzlivü həq surəti-rəhman olamazsan.

 

Ey sufi, təvaf etmə üzü həccinə yarın,

Ol eydə Nəsimi kimi qurban olamazsan.




[i] Kibi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info