Qonaq Kitabı
MÜXƏMMƏS

 

Zivər nə səzadır sənə, ey dilbəri-ziba!

Binəqs yaratmış səni ol xaliqi-yekta!

Deş bağrını dürdanələrin, boynuna asma!

Et vəsməyə sən qaşü qabaq, ey qədi mina!

Yum gözünü həm sürmədən, ey gözləri şəhla!

 

Kirşan, sənəma, ayineyi-ruyun edər tar,

Qoy həsrəti-vəchində ərisin onu zinhar.

Gər qazə dəxi meyli-rüxun eyləsə izhar,

Tök qanını öz dəstin ilə, ey büti-əyyar!

Axır nəçidir vəslini o edə təmənna?!

 

Hüsnün sözü hər firqəyədir türfə fəsanə,

Salmış bu zaman mehri-rüxun şölə cəhanə.

Döndərdi sənin rəşki-ləbin badəni qanə,

Düşsün tora, ya rəb, girə gör zülfünə şanə,

Onun nə rəvadır düşə başına bu sövda?!

 

Əngüştərinin gözünə barmaq ola hər dəm,

Gör meyl qıla kim ola dəstində mükərrəm,

Əlbəttə edərsən kəmərin qamətini xəm,

Bundan sora ta edə miyanın həvəsin kəm,

Lütfü nəzərin kəsmə vəfadardan əmma!

 

Tiflis müsəxxər sənə, ey düxtəri-tərsa!

Aşiqlərinə məbəd olub deyrü kəlisa!

Məndən sənə vəsf istədi şıxlı Əli Ağa,

Dedim: səni vəsf etməyə manəndi-Məsiha,

Ruhülqüdüs imdadı gərək nitqi-Məsiha.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info