Qonaq Kitabı
Əlhəmdülillah, Əhmədin girdik əbavü şalına

 

Əlhəmdülillah, Əhmədin girdik əbavü şalına,

Bu-fəzli-rəbbülaləmin oldu əliyyü alına.

 

Fani cahana qalmadıq, əmmarə nəfsə uymadıq,

Aldandılar, aldanmadıq dünyavü məkrü alına.

 

Aşiqləriz, qıldıq nəzər yarın camalü vəchinə,

K’ol vərdi-həmra çiçəgin səllü əleyhü alına.

 

Alnında çün şəqqül-qəmər açıldı iman əhlinə,

Əşrat saət hökmilə basıldı xatəm alnına.

 

Şeytan siratı görmədi üzündə yarın müstəqim,

Yalğunə qeyyəndir cəza divi-ləinin zallına.

 

Oxur yəqövlül-kafirun, ya leytəni küntü türab,

Nari-cəhimi duymayan yananda narın yalına.

 

Anlar ki, nar əshabıdır, çıxmaz tamudan ta əbəd,

Qalə xəsu fiha cəvab anlar necəkim yalına.

 

Ey istivayı bilməyən, doğru yolunu yanılan,

Ə’ma degilsən aç gözün, bax innəməl-amalına.

 

Cananə üzü qiblədir, mehrabi-məscid qaşları,

Div olma, candan səcdə qıl şol qiblənin iqbalına.

 

Qalu bəladan sidq ilə canım dolaşdı zülfünə,

Dövlətlü canim bəndədir həşmətli zülfü xalına.

 

Nəfsini bunda bilməyən Allah nurun görmədi,

Həqqini nisyan eylədi, baxmaz həq anın halına.

 

Tövhidi-xalisdir mana görmək camalın, ey sənəm,

Ölsün həsəddən müşrikin, lə’nət qamu dəccalına.

 

Qopdu qiyamət fitnəsi, uruldu surun nəfxəsi,

İştə nəfirin seyhəsi, çalındı sanma çalına.

 

Məcmərdə udi-zülfünün, mişkin qoxusu bəs mana,

Hacət degildir, ey pəri, ud üzrə ənbər salına.

 

Həqqə yəqin ixlas ilə çün niyyətül-mö’min gərək,

Eşqə mühübb ol, ey könül, bax innəməl-ə’malına.

 

Can ilə dilbər yoluna verdi Nəsimi könlünü,

Adəmdə rəhman surətin kim görsə könlü alına.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info