Qonaq Kitabı
Şol şəm”™i gör ki, nuruna pərvanəyəm yenə

 

Şol şəm’i gör ki, nuruna pərvanəyəm yenə,

Baş oynamaqda yoluna mərdanəyəm yenə.

 

Saqi, ləbindən əsrəmiş əvvəl qədəhdən uş,

Məstanə gözlərin kimi məstanəyəm yenə.

 

Qalu bəlada kuyi-xərabat idi yerim,

Şol mə’nidən mücaviri-meyxanəyəm yenə.

 

Bəzmi-əzəldə həmnəfəsim gərçi cam idi,

Şükr eylərəm ki, həmdəmi-peymanəyəm yenə.

 

Ey bilməyən bu cani-əzizin həqiqətin,

Canı bilənə sor ki, nə cananəyəm yenə.

 

Eşqində ay camalilə əfsanə, filməsəl,

Xəlqin dilində gör ki, nə əfsanəyəm yenə.

 

Əndişənin imarətini qılmışam xərab,

Şol gənci-binəhayətə viranəyəm yenə.

 

Yarəb, nə sehr edər şu pərişəklü şivə kim,

Zəncir-cə’di-zülfünə divanəyəm yenə.

 

Ey gövhərin bahasını, miqdarını bilən,

Əsdaf içində gör ki, nə dürdanəyəm yenə.

 

Üzündə, ey sənəm, görəli zülfü xalını,

Dami-bəlada danə kimi danəyəm yenə.

 

Kəşf eylədi Nəsimi dəhanın rümuzunu,

Müftahi-qeybə gör ki, nə dəndanəyəm yenə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info