Qonaq Kitabı
Kim ki, bildi bu siratil-müstəqimin rahını

 

Kim ki, bildi bu siratil-müstəqimin rahını,

Əhli-irfan olduvü bildi yəqin Allahını.

 

Göydəki cümlə məlaik adəmə qıldı sücud,

Həq-təaladan gör anın bunca izzü cahını.

 

Həq buyurmuş ərzülillah aqibət lil-müttəqi,

Çün deyilsən müttəqi, mülk etmə ərzüllahını.

 

Çün əmirəlmö’minin mən nöqteyi-bayam dedi,

Kim ki, hərfin sirrini bilməz nə bilsin şahını?

 

Küllü-şey’ün halik oldu, qaldı illa vəchəhu,

Hər yanadan baxdı arif, gördü vəchüllahını.

 

Ey Nəsimi, hər kim öz nəfsindən oldu baxəbər,

Cümleyi-əşyada zahir gördü nitqüllahını.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info