Qonaq Kitabı
İki aləm anındır kim, gözünə həq əyan oldu

 

İki aləm anındır kim, gözünə həq əyan oldu,

Həqi gördü, həqi bildi, həqi kim, bigüman oldu.

 

Əgər Musa kimi gəlmək, təcəlli görmək istərsən,

Nəzər qıl üzünə gör kim, iki aləm əyan oldu.

 

Təaləllah, nə zibasan ki, hüsnün dövri-bağında

Qaşınla kirpigin, zülfün üzündə gülsitan oldu.

 

Qiyamət qopdu hüsnündən, yedi iqlimə yayıldı,

Sənin qəddü qiyamından məgər axırzaman oldu?

 

Çəlipa zülfü xalından saçın leylidürür, amma

İrişdi ayəti-fanzur adı nurü düxan oldu.

 

Nigarın lə’linə hərdəm tökər şəhd üstünə şəkkər,

Vəli qafil nə bilsin kim, nədən şirin dəhan oldu.

 

Məkana sığmadı zatım, əzəldəndir bədayatım,

Nəsiminin bu mə’nidən məkanı laməkan oldu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info