Qonaq Kitabı
TƏCNİS

 

Əsiriyəm bir dilbərin ki əgər

Xəncəriylə şan-şan o yara məni;

Vüsalından bullam həyati-tazə

Yəqin bil, öldürməz o yara məni!

 

Əmən məmən neylər cənnətin narın?

Duzəxə bənzətməm firqətin narın,

Rişteyi-can olmuş telindən narın

Dilər eldən: yetir o yara məni!

 

Dərdə kimin vardır mən tək davamı?

Eşqin məriziyəm, sən ver dəvamı!

Hər aşiqin candır eşqində vamı,

Göstərməsin malı o yara məni!

 

Rəqiblərdən gəlləm sənə divanə,

Göstərmə rüxsarın sən bu divanə.

Yolunda bil hər aqilü divanə,

Salsa çətin dağı o yara məni.

 

Ciyərdəndir gözdən tökdüyüm hər dəm,

Atəşi-suzandır çəkdiyim hər dəm,

Can quşunu avaz edəndə hər dəm,

Oxur zülfündəyəm, o yara məni.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info