Qonaq Kitabı
Ənəlhəq söylərəm həqdən, ələl-ərş istiva gəldi

 

Ənəlhəq söylərəm həqdən, ələl-ərş istiva gəldi,

Üzündür sureyi-rəhman, ələl-rəhman əla gəldi.

 

Misali-Kə’bədir üzün fəla tə’du məəlallah,

Çü yetmiş yeddi hərf oldu, üzündən kafü ha gəldi.

 

Otuz iki hürufu kim, üzündən həq əyan etdi,

Bəşarət bu idi həqdən, xətindən tavü ha gəldi.

 

Üzündə gərçi həft ayət oxuram mən kəlamüllah,

Səlat ansız qəbul olmaz ki, həqdən bu nida gəldi.

 

ücuda gəlmədi şeytan, hidayət bulmadı nura,

Sənə hər kim sücud etdi, ana həqdən səna gəldi.

 

Mən ol Mənsuram, ey arif ki, daim söylərəm yahu,

Məni bər-dar edən həqdir, bu dar uş Mənsura gəldi.

 

Dəmi-İsa kimi nitqim, həyati-can derəm hər dəm,

Həqə minnət ki, vəslindən həyati-canfəza gəldi.

 

Saçından ətr olur hər dəm mana əhdü vəfa buyu,

Saçın əhdü vəfasından mana əhdü vəfa gəldi.

 

Nəsimi buldu vəslindən həyati-çeşmeyi-heyvan

Ki, Xızr abı içən, bişək, həyati-canbəqa gəldi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info