Qonaq Kitabı
Ey qılan də”™va ki, şaham, ədlü insafın qanı?

 

Ey qılan də’va ki, şaham, ədlü insafın qanı?

Çün səfa əhlindən oldun, məşrəbi-safın qanı?

 

Hər quşun olmaz səadətli hümatək kölgəsi,

Çünki simurğam deyərsən, laməkan Qafın qanı?

 

Əhli-irfanın yeri mə’nidə çün ə’raf imiş,

Çün sən ariflərdən oldun, ürfü ə’rafın qanı?

 

Möhtəsib bazara girdi, həqqi batildən seçər,

Qəlbim aridir deyən, şol doğru sərrafın qanı?

 

Başımı top eylərəm, meydana girdim, oynaram,

Ey bu meydandan qaçan, şol urduğun lafın qanı?

 

Lütf əgər həqdən umarsan, göstər ehsan, lütf qıl,

Lütfü ehsanından uman yara əltafın qanı?

 

Kafü nun əmrindən oldu mayəkun məkan ilə,

Gər bu lövhün əbcədisən, nun ilə kafın qanı?

 

Ey Nəsimi, çün ulaşdın şeş cəhətdən yar ilə,

Bicəhət oldu hüdudun, həddü ətrafın qanı?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info