Qonaq Kitabı
Bavü sin mim üçün bəşarətdir

 

Bavü sin mim üçün bəşarətdir,

Əlifü lamü ha işarətdir.

 

Ərrəhim oxu, anla Ərrəhman,

Bişü kəm yoxü gənci-rəhmətdir.

 

Bil ki, mə’nası: münzil oldu kitab,

Bu, banın nöqtəsində surətdir.

 

Əvvəl ümmül-kitab fatihədir

Ki, müəyyən bilindi xilqətdir.

 

Xilqətin qeylü-qala vaqif ol,

Qeylü qalın çü halü alətdir.

 

Qanda var isə mə’niyü surət,

Mə’niyi bildilər ki, kisvətdir.

 

Surətin daxi canı mə’nidir,

Dadana sor anı, nə şərbətdir.

 

Nə mürəkkəb düzər gör ol ustad,

Hər kim içər, doluca hikmətdir.

 

Əsli xud zat imış hər əşyanın,

İkilik nəstər anda, vəhdətdir.

 

Ol iki uş bu yerdə oldu diri,

Beynə zalik başında qəflətdir.

 

Yedi ayətlə yeddi xətt tamam

Yedi ə’za ki, yeddi ümmətdir.

 

Yedi qat yer, yedi dəxi gökdür,

Anla bu yeddiyi ki, külfətdir.

 

Nə durar yeddi bildiyin vadi,

Vəz’i nədir, bu ya nə hey’ətdir?

 

Kişi şəkli müsəvvər etməklik,

İki aləm içində şöhrətdir.

 

Der müvəhhidlərü mühəqqiqlər,

Bilməgü işləmək risalətdir.

 

Alim olandurur qəvi insan,

Divü ifritü cin cəhalətdir.

 

Divi-heyvani-natiqin həqinə,

Qövli-Qur’an bəlhüm ayətdir.

 

İstilah, istima insana

Zəfərü fəth, daxi nüsrətdir.

 

Tamunun odunu şüasından

Əz-təfi şəm’ kimi taqətdir.

 

Şərbətin təşnəsi üçüncüsü,

Yə’ni sevda ki, ol fəsahətdir.

 

Adəmi yandıran hərarətdən

Dəxi dördüncüsü hərarətdir.

 

Çün Süleyman xatəmi buldu,

Bəs ana cinnü ins rəğbətdir.

 

Nərdiban buldu Iseyi-Məryəm,

Günbədi-zərnigar qamətdir.

 

Gəldi sonra Məhəmmədin nuru,

Görə axır şu kimsə k’ ümmətdir.

 

Mustafanın ruhuna incigəz

Ver salavat ki, şərtü adətdir.

 

Kərəmüllahi-vəchəhu ki, Əli

Nə ki, dedi cahanda xidmətdir.

 

Həm təkəbbürlük adəm oğlunda

Ki, əzim ol bəlavü afətdir.

 

Bir günəşdir Nəsimi kim, anın

Neçələr zərrəsinə həsrətdir.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info