Qonaq Kitabı
Dinləgil bu sözü ki, candır söz

 

Dinləgil bu sözü ki, candır söz,

Aliyü asimanməkandır söz.

 

Şeş cəhətdən münəzzəh anlavü bax,

Şöylə kim, xaliqi-cahandır söz.

 

Nazilü münzil anla kim, birdir,

Kəndi kənduyə tərcümandır söz.

 

Tulü ərz ilə ümqü bulunmaz

Yə’ni bihəddü binişandır söz.

 

Bu hədisə nəzər qıl, ey aqil,

Anlayasan ki, bigümandır söz.

 

Ərşi-rəhman dedi nəbi könülə,

Çünki gördü, könüldə kandır söz.

 

Dedi ya kafüha, əyzə-bikə,

Çün Əli bildi, müstəandır söz.

 

Qeyri-məxluqdur, nə demək olur,

Anla kim, imdi rayigandır söz.

 

Əqli-küll ərşü kürsü, lövhü qələm,

Çar ünsür, nöh asimandır söz.

 

Zahirü batin, əvvəlü axir,

Aşikaravü həm nihandır söz.

 

Ey üqulu nəsəb edən isbat,

Qamuya söz de kim, hamandır söz.

 

Kafü nundan vücuda gəldi cahan,

Əgər anlar isən, əyandır söz.

 

İsiyi-pak, Adəmü Əhməd,

Mehdiyi-sahibəz-zəmandır söz.

 

Bu bəyanı dilərsən anlayasan

Kim, necəsi filan-filandır söz.

 

“Cavidannamə”yi gətirgil ələ,

Ta biləsən ki, nəsnə candır söz.

 

Sözə bu izzü cah yetməzmi,

K’aydalar Fəzli-qeybdandır söz.

 

Aqil isən sözünü müxtəsər et,

Ey Nəsimi, çü bigirandır söz.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info