Qonaq Kitabı
LÜĞƏT

 

A

Aba – atalar, ata-baba

Abadi – abadanlıq, aba etmə

Abdar – parlayan

Abəki-şur – balaca şor su. Xəzər dənizi nəzərdə tutulur.

Avan – anlar, dəqiqələr.

Ağaz – başlama.

Adab - ədəb, tərbiyə

Adat – adətlər

Adi – adət etmə

Azim - əzm edən.

Ayat – Quran ayələri.

Ayin – dini adət.

Al – nəsil, ailə;

Alam - ələmlər, dərdlər; mayeyi-alam - ələmlər mənbəyi.

Alat – alətlər, vəsait

Aləmi-məna – mənəvi dünya

Aludə - bulaşmış, giriftar

Amadə - hazır

Amac – hədəf, nişan

Amil – tacirin inandığı və içini aparan adam.

Ari – təmiz; uzaq

Ariz – yanaq; arizi-al – alyanaq

Ariz olmaq – baş vermək

Arizi-qəmlər – zamanın, günün qəmləri, dərdləri

Ariyə - müvəqqəti, qaytarmaq şərti ilə alınan

Asar - ədərlər, hadisələr

Asitan – saray qapısı

Atəşbar – od yağdıran; taziyaneyi-atəşbar – kəskin həcv

Atəşindəm – odnəfəsli

Afaq – üfüqlər; aləm, dünya

Afət – bəla, müsibət

Afitab – günəş

Axtaxana – Şamaxı dağlarında danaların yeyib böyüdüyü bir bitki.

Ahən – dəmir

Ac – fil sümüyü; təxti-ac – fil sümüyündən təxt

Aşiqküş – aşiq öldürən

Aşiyan – yuva, məskən

Aşüftə - vurğun, məftun

 

B

Babət – cür, cürə, növ, dürlü

Babunə - çobanyastığı

Bavər (etmək) – inanmaq, etibar etmək

Ba-vücud in ki – buna görədir ki,bad – külək, yel

Badpa – külək sürəti ilə gedən

Bazicə - oyuncaq

Bak – qorxu, təhlükə

Bal – qanad, qol

Balü pər – qol qanad

Bala – yuxarı; bir şüyin yuxarısı

Banu hərəm – xanım arvad, ağa arvad

Bar – yük, ağırlıq

Baran – yağış, yağma; nur-baran – işıq (məc. azadlıq elanı)

Bari, bar – allah; bari xudaya, bar xudaya – ey böyük allah

Bariqə - şimşək

Bargah – saray

Batini-şum – pis ürək

Bafaidə - faydalı

Bahir – parlaq, gözəl; hər kəsə məlum

Beytülmal – dövlət xəzinəsi, vərəsəsiz ölənlərin mal-mülkü və bu cürə ümumi mal-dövləti saxlayan idarə

Bəbrbiyan, yaxud bəbr – qaplandan böyük yırtıcı hüyvan.

Bəqa – daimilik

Bədaye – bədiələr, gözəl şeylər

Bədəstur – təlimata görə

Bədəfkar – sui-qəsdçi, cinayətkar

Bədiəpərdaz – bədii sözlər yaradan

Bədihə - düşünülmədən dərhal söylənilən söz

Bədihi – aşkar, çübhəsiz

Bədi`i-əflak – göyləri yaradan

Bəəzm – məqsədlə, bəəzmi-şikar – ovlamaq qəsdi ilə

Bəzl – vermə, bağışlama; bəzli-can – canından keçmə

Bəzm – məclis

Bəyə - məgər

Bəldə - şəhər, qəsəbə

Bəliyyat – bəlalar, müsibətlər

Bəlilə - qarnı qəbiz edən dərman

Bəl – udma, sürətlə yemə

Bənd – bağlamaq

Bəninöv – öz növündən olan, həmcins

Bər – bar, meyvə;

Bər – köks, sinə; dövrü bər - ətraf, yan-yörə

Bərduş – çiyinə, çiyin üstə

Bərin – yüksək, əla

Bərg – yarpaq

Bərməla – aşkar, görünən

Bərfərz – tutaq ki

Bərhəm oldu – pozuldu, dağıldı

Bərəks - əksinə, tərsinə

Bəsa – çox, xeyli, artıq

Bəsirət – görmə və anlama qabiliyyəti

Bəst – pənahaparılan yer

Bəstər – yataq

Bəhr – hasil, pay, hissə, dərya

Behcət – sevinc, şadlıq

Bəxşi-heyrət etmək – böyük bir hünərlə adamları heyran etmək

Bəşaşət – sevinc

Bibədəl - əvəzsiz, əla

Bivə - dul

Bidar – ayıq olmaq, yatmamaq

Bidət – din, şəriət adı, pərdəsi altında şəriət əleyhinə iş, söz

Bizziyadət – artıqlaması ilə

Biyş – zəhərli bitki

Bilmərrə - büsbütün, tamamilə

Bilməsərrət – şadlıqla, sevinclə

Bilxeyr – xeyrlə

Bilcümlə - bütün, hamı

Bilizafət – artıqlaması ilə

Bilintixab – seçməklə

Bilistinad – istinad etməklə

Bilihtimam – səylə, qeyrətlə

Bilümum – ümumiyyətlə

Bimühaba – çəkinmədən, qorxusuz

Bisərüpa – başsız-ayaqsız; avara

Bistüm – iyirminci

Bisükun – sakin olmayan, rahatsız

Bittəmam – hamısı, bütün

Bixar – tikənsiz

Bixud – özünü itirmiş, özündən getmiş

Bihimmət – qeyrətsiz, qayğısız



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info