Qonaq Kitabı
ARTIQ ALIB, ƏSKİK SATAN TACİR

 

Bir nəfər tacir öz dükanında

Oğlunu saxlayırdı yanında.

 

Eləyirdi qəribə dadü stad:

Satdığında – kəm, aldığında – ziyad.

 

Məkrü təzvir idi onun hər işi,

Düz deyildi bütün alış-verişi.

 

Atanın şüğlünə olub adi,

Gördüyün öyrənirdi övladi.

 

Bir gün öz dərdinin ilacı üçün,

Getdi tacir bir ehtiyacı üçün.

 

Oğlu gördü ki, vəqti-fürsətdir:

“Dəxli soysam, - dedi, - qənimətdir”.

 

Əli dəxl içrə, gözləri nigəran,

Atası bir tərəfdən oldu əyan.

 

Daralıb büsbütün cəhan gözünə,

Vurdu bir silli oğlunun üzünə.

 

Gördü bir pir, xeyli təcrübəkar,

Dedi: “Etmə əbəs buna azar.

 

Əkdiyin danənin budur səməri,

Səndən əxz eyləyib həmin hünəri.

 

Lövhi-safında tifli-məsumun,

Münəksdirsə batini-şumun;

 

Çəkdiyin nəqşdir bu nəqşi-xəta,

Vermə isnadın oğluna əbəda.

 

Tərbiyət müstəhəqqdir, övlad

Pədərindən nə görsə, eylər yad.

 

Xah əmri-qəbih, xah cəmil, -

Edər övlad cümləsin təhsil.

 

Saleh ol, saleh olsun övladın!

Taleh ol, taleh olsun övladın!”

 

 

 

İlk dəfə “Yeni həqiqət” qəzetində (3 fevral 1911, â„– 12) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info