Qonaq Kitabı
ÖRÜMÇƏK VƏ İPƏK QURDU

 

Bir örümçək özün öyüb durdu,

Dedi fəxr ilə: “Ey ipək qurdu,

 

Nə kəsalətlə iş görürsən sən?

Niyə bunca ağır hörürsən sən?

 

Gəl mənim sənətimdə sürətimi

Görüb, iqrar qıl məharətimi...

 

İşə girçək tamamını hörürəm,

Az zamanda necə çox iş görürəm”.

 

Baxdı, güldü ona ipək qurdu,

Sərzəniş etdi, tənələr vurdu;

 

Dedi: “Bərfərz olsa hər yerdə

Toxuyursan böyük, kiçik pərdə.

 

De görək, onların nədir səməri?

Bəlkə də hər kəsə çatır zərəri!..

 

Leyk məndə yox isə də sürət,

Yapdığım işdə var ağır qiymət.

 

Aləmə faidə verir karım,

Hər kəs istər ola xəridarım!”

 

 

 

İlk dəfə “Günəş” qəzetində (10 yanvar 1911, â„– 8) “Ə.S.” imzası ilə çap olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info