Qonaq Kitabı
MOLLA NƏSRƏDDİN VƏ OĞRU

 

Mollanın börkünü çalıb oğru,

Yüyürüb qaçdı bir bağa doğru.

 

Baxmadı oğrusu gedər nərəyə, -

Özü ancaq yüyürdü məqbərəyə.

 

Mollanı gördülər durur orada,

Dedilər: “Durmusan neçin burada?”

 

Dedi: “Bir oğru börkümü çaldı,

Qaçdı getdi, başım açıq qaldı”.

 

Dedilər: “Oğru qaçdı, getdi bağa,

Burada boş oturma, dur ayağa,

 

Bağa doğru get, eyləmə ehmal,

Oğrunu tap o yerdə, börkünü al”.

 

“Nəmə lazım, - dedi ki, - bağ haradır,

Oğrunun aqibət yeri buradır”.

 

 

 

İlk dəfə “Günəş” qəzetində (2 yanvar 1911, â„– 1) “Ə.S.” imzası ilə çap olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info