Qonaq Kitabı
AZARLI KƏNDÇİ

 

Xəstə olmuşdu bir nəfər dehqan,

Gecə-gündüz edirdi ahü fəğan.

 

Gəldi həmsəyəsi əyadətinə,

Qonşuluq həqqini rəayətinə;

 

Dedi: “Həmsayə, var nəyə meylin,

Nə yeyərsən, nə istəyir könlin?”

 

Dedi: “Əzbəs ki, halətim yoxdur,

Yeməyə hiç rəğbətim yoxdur”.

 

Dedi: “Meylin olurmu aluyə,

Təmi meyxoş, qızıl gəvaluyə?”

 

Dedi dehqan: “Əcəb, əcəb, yeyərəm,

Sənə min dəfə “çox sağ ol” deyərəm”.

 

Dedi: “Qışdır, hənuz, həmsayə,

Meyvə fəsli deyil, dayan yayə”.

 

Dedi dehqan: “Nəinki yayə qədər,

Bəlkə sağ qalmaram bir ayə qədər.

 

Məni tezdən əcəl təri bürüyər,

Yay olunca sümüklərim çürüyər”.

 

Işbu təmsilə məzhəriz biz də,

Xəstə dehqanə bənzəriz biz də;

 

Əğniyə görcək ehtiyacımızı

Göstərir bizlərə ilacımızı;

 

Söyləyirlər ki, var həmiyyətimiz,

Qoymarız puç ola cəmaətimiz.

 

Hər kəs öz rəyini deyir məqul,

Ta ki, söhbət olur, yığılsın pul,

 

Dərmiyan eylədikdə pul sözünü

Hər kəs işdən kənar edir özünü.

 

Söyləyir, vəqt yox bu təşkilə,

Bu işi saxlayaq gələn ilə...

 

 

 

İlk dəfə “Günəş” qəzetində (21 dekabr 1910, â„– 97) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info