Qonaq Kitabı
İSKƏNDƏR VƏ FƏQİR

 

Gün önündə bir acizü müztər

Yol kənarında tutmuş idi məqər.

 

Ona bir çox miçək daraşmış idi,

Yazığın haləti qarışmış idi.

 

Əzəmətlə keçərkən İskəndər,

Onu görçək tərəhhüm etdi məgər:

 

“Ey fəqir, ehtiyacını göstər,

Istə məndən nə xatirin istər!

 

Dərdini söylə ta dəva edəyim,

Nə isə hacətin rəva edəyim!”

 

“ – Padşahim, snəə rica edərim:

Bu miçəklərdən iştika edərim;

 

Hökm qıl, ta uçub da getsinlər,

Məni bir ləhzə rahət etsinlər”.

 

“ – Pah, adam hacət istə də bari

Ki, ona hökmümüz ola cari.

 

Əbəda yox bu işdə imkanım,

Deyil onlar mütiyi-fərmanım”.

 

“ – Padşahim, bu əczinilə əcəb

Mənə dersən ki, hacət eylə tələb?

 

Halbuki çox nəhifdir bunlar,

Hər sinifdən zəifdir bunlar.

 

Yox ikən səndə ufaq qüdrət,

Mən nasıl səndən istəyim hacət?”

 

Ey oğul, hacəti xudayə dilə,

Dərdini zati-kibriyayə dilə.

 

Cümlənin dərdinin dəvası odur,

Acizin, qadirin xudası odur.

 

 

İlk dəfə “Günəş” qəzetində (20 dekabr 1910, â„– 96) “Ə.S.” imzası ilə çap olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info