Qonaq Kitabı
MOLLA NƏSRƏDDİNİN YORĞANI

 

Gecə yatmaq zamanı çatmış idi,

Molla Nəsrəddin evdə yatmış idi.

 

Nagəhan küçədən ucaldı səda,

Vurharay düşdü, qopdu bir qovğa.

 

Molla, çiynində yorğanı, dərhal

Küçəyə çıxdı müztərib-əhval.

 

Gördü bir yanda bir ağır dəstə,

Sanki minmiş adamlar üst-üstə.

 

Istədi dəstəyə tərəf getsin,

Bu yığıncaq nədir, - sual etsin.

 

Işbu əsnadə bir nəfər tərrar

Yorğanı qapdı nagəh, etdi fərar.

 

Molla bu qissədən pərişanhal

Evinə döncək övrət etdi sual:

 

“De görüm, küçədə nə var, a kişi?

Bu nə dəvadır, anladınmı işi?”

 

Dedi: “Yorğan üçün imiş bu təlaş,

Aldılar yorğanı, kəsildi səvaş”.

 

 

İlk dəfə “Günəş” qəzetində (23 noyabr 1910, â„– 75) “Ə.S.” imzası ilə çap olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info