Qonaq Kitabı
QARINCA

 

Gördülər bir qarınca bir mələxi

Daşıyır qarşısında sürət ilə;

 

Dedilər: “Murə bax ki, bunca yükü

Qaldırır bir zəif qüvvət ilə”.

 

Dedi: “Sus, qüvvəti-bədənlə deyil,

Çəkərəm qüvvəti-həmiyyət ilə”.

 

Ey oğul, murdən götür ibrət,

Get ağır işdə işlə qeyrət ilə!

 

Ufacıq işləri hünər sanma,

Boylə işlər keçər sühulət ilə.

 

Hünər oldur ki, bir böyük əməli

Edəsən həll min süubət ilə.

 

Kişilər himməti dağı qoparır,

Kişi ol, dağ qopar həmiyyət ilə!

 

Xassə, icrayə-əmri-millətdə

Pişkam ol kəmali-cürət ilə!

 

Vətən uğrunda, millət eşqində

Bəzli-can et xülusi-niyyət ilə!

 

Iş apar, baş gedərsə qoy getsin...

Ad qalır, bəs deyilmi, millət ilə?!

 

 

İlk dəfə “Həqiqət” qəzetində (23 iyun 1910, â„– 142) “Ə. Sabir” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info