Qonaq Kitabı
QOCA BAĞBAN

 

Bir taqım gənc yol kənarından

Keçərək bir bağın civarından,

 

Gördülər yüz yaşında bir bağban

Işləyir bağda səy ilə hər an;

 

Titrəyə-titrəyə əli, bir də

Alma çərdəkləri kəər yerdə.

 

Gülərək etdilər sual: “A qoca,

Yüz yaşında nədir bu hal, a qoca?”

 

Ded: “Yer şumlayıb cəfa çəkərəm,

Torpağa alma çərdəyi əkərəm”.

 

Dedilər: Bunda bir səlahın yox,

Sən bu gün var isən, səbahın yox.

 

İndi əkdiklərin nə vəqt çıxar?

Bu çıxınca səni zəmanə yıxar...

 

Rahət ol, çəkmə boş yerə zəhmət,

Olamaz meyvəsi sənə qismət!”

 

Dedi: “Əkmişlər, almışız, yemişiz,

Xeyrlə yad edib dua demişiz;

 

Əkəriz biz daha yeyənlər üçün,

Əhli-xeyrə dua deyənlər üçün”.

 

 

 

İlk dəfə “Həqiqət” qəzetində (21 iyun 1910, â„– 140) “Ə. Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info