Qonaq Kitabı
TƏBİB İLƏ XƏSTƏ

 

Bir təbibə gedib də bir bimar

Dedi: “Mədəmdə ağrı bir şey var;

 

Bir dəva ver, mana əlac eylə,

Ölürəm, çareyi-mizac eylə”.

 

Tutdu nəbzin təbib onun dərhal:

“Nə yemişsən?” – deyə edincə sual,

 

Dedi: “Yanmış çörək yedim, doktor,

Yediyim bir əlavə şey yoxdur”.

 

Baxa qaldı təbib onun sözünə,

Istədi bir dəva tökə gözünə.

 

Xəstə: “Mədəmdir ağrıyan, a gözüm,

Yoxsa məhfumunuz deyilmi sözüm?”

 

Dedi doktor ona ki: “Ey əhməq,

Eybli olmasa gözün mütləq,

 

Yanmış ətmək yeməz idin əsla,

Bu səbəblə yarar tökülsə dəva”.

 

 

İlk dəfə “Həqiqət” qəzetində (18 iyun 1910, â„– 138) “Ə. Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info