Qonaq Kitabı
QARĞA VƏ TÜLKÜ

 

Pendir ağzında bir qara qarğa

Uçaraq qondu bir uca budağa.

 

Tülkü görçək yavaş-yavaş gəldi,

Endirib baş ədəblə, çömbəldi.

 

Bir zaman həsrət ilə qarğa sarı

Altdan-altdan marıtdı baş yuxarı;

 

Dedi: “Əhsən sənə, a qarğa ağa!

Nə nəzakətlə qonmusan budağa!

 

Bəzədin sən bu gün bizim çəməni,

Şad qıldın bu gəlməyinlə məni.

 

Nə gözəlsən, nə xoşliqasən sən,

Yeri var söyləsəm – hümasən sən.

 

Türklərindir ipək kimi parlaq,

Bədnəzərdən vücudun olsun irq!

 

Bu yəqindir ki, var sevimli səsin,

Oxu, versin mənə səfa nəfəsin!”

 

Boylə sözdən fərəhlənib qarğa

Ağzını açdı ta ki, etsin – ğa,

 

“Ğa” edərkən hənuz bircə kərə

Pendiri dimdiyindən endi yerə.

 

Tülkü fövrən havada qapdı, yedi,

Qarğaya tənə ilə boylə dedi:

 

“Olmasaydı cəhanda sarsaqlar,

Ac qalardı yəqin ki, yaltaqlar”[1].

 

 

 

Ilk dəfə “Yeni məktəb” dərsliyində (1909) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 



[1] Şerin sonunda «(Krılovdan tərcümə)” qeydi verilmişdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info