Qonaq Kitabı
YAZ GÜNLƏRİ

 

Gəl, gəl, a yaz günləri!

Ilin əziz günləri!

 

Dağda ərit qarları,

Bağda ərit qarları;

 

Çaylar daşıb sel olsun,

Taxıllar tel-tel olsun.

 

Ağaclar açsın çiçək,

Yarpağı ləçək-ləçək.

 

 

Ilk dəfə “Birinci il” dərsliyində (1907) “Mənzumeyi-Sabir” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info