Qonaq Kitabı
UŞAQ VƏ BUZ

 

Dərsə gedən bir uşaq

Çıxdı buz üstə qoçaq;

 

Sürüşdü birdən-birə,

Düşdü üz üstə yerə.

 

Durdu uşaq, neylədi?

Buza belə söylədi:

 

“Sən nə yamansan, a buz!

Adam yıxansan, a buz!

 

Az qalıb ömrün sənin,

Yaz gələr, artar qəmin:

 

Əriyib suya dönərsən,

Axıb çaya gedərsən!”

 

 

Ilk dəfə “Birinci il” dərsliyində (1907) “Mənzumeyi-Sabir” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info