Qonaq Kitabı
ELMƏ TƏRĞİB

 

Elmin izzəti payidar olur,

Cəhlin nikbəti canşikar olur;

Hər kəs elm oxur, bəxtiyar olur,

Millət elm ilə bərqərar olur.

Oxuyun, əzizlər, oxumaq zəmanıdır!

Oxumaq hər adəmin ədəbi nişanıdır!

 

Elm ilə sərfəraz olmasaq biz,

Cümlədən biniyaz olmasaq biz, -

Bizdə fəzrü mübahat olurmu?

Qeyrilərlə müsavat olurmu?

 

Hər bir taifə bir səyaq ilə

Çatdı izzətə ittifaq ilə,

Düşdük zillətə biz nifaq ilə,

Məktəb açmalı iştiyaq ilə.

Oxuyun, əzizlər, oxumaq zəmanıdır!

Oxumaq hər adəmin ədəbi nişanıdır!

 

Sidq əl-ələ çatmasaq biz,

Qəfləti bir tərəf atmasaq biz, -

Bizdə hərgiz səadət olurmu?

Səbqət etməkdə qüdrət olurmu?

 

Islamiyyətə iftixarımız –

Sünni-şiəlik oldu, karımız,

Getdi şənimiz, etibarımız,

Varmı rütbəmiz, iqtidarımız?

Oxuyun, əzizlər, oxumaq zəmanıdır!

Oxumaq hər adəmin ədəbi nişanıdır!

 

Doğru bir ittihad etməsək biz,

Birliyə etiqad etməsək biz, -

Bizdə şərti-üxüvət olurmu?

Dini-islamə xidmət olurmu?

 

 

İlk dəfə “Tazə həyat” qəzetində (31 avqust 1907, â„– 109) Şamaxıdan yazılmış bir müxbir məktubunun içərisində çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info