Qonaq Kitabı
UŞAQLARA HƏDİYYƏ

 

MƏKTƏB ŞƏRQİSİ

 

Məktəb, məktəb, nə dilgüşasən,

Cənnət, cənnət desəm səzasən.

Şadəm, şadəm təfərrücündən,

Əlhəq, əlhəq, gözəl binasən!

 

ətrin, ətrin güli-cinandır,

Feyzin, feyzin həyati-candır,

Qünçən, qünçən səfayi-vicdan,

Nurun, nurun ziyafəşandır!

 

Tahir, zahir hünərlərin var,

Bahir, zahir səmərlərin var,

Dərya-dərya təməvvücündə

Parlaq-parlaq gühərlərin var!

 

Dəftər-dəftər xəbərlərin var,

Rəhbər-rəhbər əsərlərin var,

Mişkin-mişkin qələmlərində

Ahu-ahu nəzərlərin var!

 

Himmət, himmət səninlə ali,

Xaki-vətən səninlə hali,

Sənsən, sənsən ümum nasın

Nitqi, fikri, dili, məqali!

 

Gülşən-gülşən lətafətin var,

Rövşən-rövşən səadətin var,

Vazeh-vazeh bəyanlarında

Şirin-şirin hekayətin var!

 

Olsun, səninlə xoşhal,

Yetsin, yetsin kəmalə ətfal,

Görsün, görsün pəsərlərində

Sabir-sabir pədərlər iqbal!

 

 

 

 

Ilk dəfə “Dəbistan” jurnalında (20 dekabr 1906, â„– 17) “Ə. Sabir Tahirzadə Şamaxı” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info