Qonaq Kitabı
EY ŞUX, YENƏ HƏMDƏM OLUB KAKILƏ ZÜLFÜN

 

Ey şux, yenə həmdəm olub kakilə zülfün,

Təhris edir ol kafiri seydi-dilə zülfün!

 

Dinü dilimi qarət edib, eylməəz insaf,

Şimdi nə təmənna ilə eylər gilə zülfün?

 

Hər ləhzə urur sinəmə min navüki-dilduz,

Müjganın ilə yoxsa dəyib dil-dilə zülfün?

 

Heyrətdəyəm, aya ki, nədir fitneyi-Harut[1],

Ey şux, məgər sehr oxuyub Babilə zülfün?

 

Tənha səfər etmə, gəl apar canımı, əmma

Bu sirri nihan saxla, məbadə bilə zülfün.

 

Aldatdı könül mürğünü ol daneyi-xalın,

Dami-rəhi-əql oldu o pürsilsilə zülfün.

 

Sabir kimi qərq oldu gözüm yaşinə cismim,

Tutmub əlimi çəkmədi bir sahilə zülfün.

 

 

İlk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur.

 



[1] Mələk.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info